17-18 aprel 2023-cü il tarixində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) departament rəhbərləri və əməkdaşları üçün “Etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə” mövzularında təlimlər keçirilib.
Təlimçi qismində layihənin ekspertləri Əliməmməd Nuriyev və Rəna Səfərəliyeva çıxış edib.
Təlimdə ümumilikdə 20-ə yaxın nəfər iştirak edib.
Təlim iştirakçılarına etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, bu barədə müraciətlərə baxılması, korrupsiya risklərinin müəyyən edilməsi və s. məsələlər haqqında məlumatlar verilib.
#QHT #MGC #MMC #Consulting #Etik #Korrupsiya












