Tanınmış radio aparıcı Ayaz Süleymanlı Müvəkkil Hüquq Mərkəzinə koordinator təyin edilib.

Bu barədə Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov məlumat verib.

S.Vəkilov bildirib ki, uzun illər ayrı-ayrı radiolarda xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərmiş Ayaz Süleymanlı Müvəkkil Hüquq Mərkəzinə Beynəlxalq əməkdaşlıq üzrə kordinator təyin edilib.

A.Süleymanlı MHM-nin beynəlxalq təşkilatlarla əlaqələrini koordinasiya edəcək.