“İllərdir mətbuatda “Siyasi partiyalar” haqqında qanunun dəyişməsi üçün təkliflər səsləndirilir. Amma indi hamı deyir ki, mövcud qanun qalmalıdır. Niyə indi belə danışırlar?”.

QHT.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O bildirib ki, Azərbaycanda çoxpartiyalı konstitision mühiti təmin etmək üçün yeni qanuna ehtiyac var: “Bir çoxları partiya sədri ilə dalaşıb gedib özünə partiya yaradıb.l”.