Suriyada zəlzələnin böyük dağıntılara səbəb olduğu və 513 nəfərin həyatını itirdiyi Cinderes qəsəbəsi ən çox can itkisinin yaşandığı bölgə olub.

QHT.az xəbər verir ki, Suriyada da hiss edilən 7,7 və 7,6 bal gücündə mərkəzi Kahramanmaraş olan zəlzələləri ölkənin şimal-qərbində böyük dağıntılara səbəb olub. Zəlzələdən xilas ola bilən və dağıntılar altından sağ çıxan suriyalılar kənd və qəsəbələrin ətrafında çadır düşərgələri qurublar. Bəzi ailələr isə vətəndaş müharibəsi səbəbindən illərdir düşərgələrdə qalan qohumlarının yanına yerləşib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) verdiyi açıqlamada müxalifətin nəzarətində olan bölgələrdə 2274 nəfərin həyatını itirdiyi bildirilib. Zəlzələdən sonra 4 gün ərzində sərhəd bölgələrindəki dağıntılar səbəbindən yardımların böyük hissəsi göndərilə bilməyib. Rejim rəhbərliyi qlobal təzyiqlərdən sonra Türkiyədən yardım karvanlarının çatdırılmasına icazə vermək üçün çərşənbə axşamı daha 2 sərhəd qapısını açıb.