Xəbər verdiyimiz kimi, Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Jest Dilində Məlumatlandırma" layihəsini icra edir.
Layihə rəhbəri Cəmilə Çingizqızı qhtxeber.az-a məlumat verib ki, eşitmə məhdudiyyətli şəxslərə ölkəmizdə baş verən karantin rejimi ilə bağlı jest dilində videoçarx hazırlanıb.
Layihə rəhbəri qeyd edib ki, karantin rejimində eşitmə məhdudiyyəti olan şəxsləri düşünərək bu cür xəbərləri jest dilində hazırlayıb təqdim edəcəyik. "Bununla da eşitmə məhdudiyyəti olan şəxsləri qismən də olsa məlumatlandırmağa nail olmağı düşünürük".
Eşitmə məhdudiyyətli şəxslərə ölkəmizdə baş verən karantin rejimi ilə bağlı jest dilində videoçarxı buradan izləmək olar.












