Süni intellekt XXI əsrin neftidir. Bu dəfə yataqlar torpaqda deyil. Təhsildədir. Elmdədir. İnstitutların keyfiyyətindədir. Neft ölkəni zəngin edə bilər. Hətta daha zəngin! Süni intellekt isə onu güclü edir.
QHT.az xəbər verir ki, bu sözləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, yeni güc mərkəzləri torpaqla yox, alqoritmlə qurulur:
"Bu yarışı uduzanlar sabah başqalarının verdiyi qərarlarla yaşamalı olacaqlar".






