Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 30-a yaxın paralimpiyaçı və məşqçiyə Sosial Xidmətlər Agentliyinin Fəxri Fərmanları təqdim edilib.
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafına göstərilən xüsusi qayğı nəticəsində Azərbaycan idman sahəsində, həmçinin paralimpiya hərəkatında böyük nailiyyətlərə imza atıb və dünyada idman ölkəsi kimi tanınır.
Bu fikirləri Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Agentliyin Paralimpiya İdman Kompleksində paralimpiyaçılar və onların məşqçiləri ilə görüşü zamanı səsləndirib. V.Behbudov 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə onları təbrik edib.
Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev də Paralimpiya İdman Kompleksinin əməkdaşlarına və sosial müəssisələrin paralimpiya idman növləri ilə məşğul olan sakinlərinə təbriklərini və xoş arzularını çatdırıb. Komitənin boccia idman növü üzrə baş məşqçisi, Qarabağ müharibəsi qazisi İlham Məhərrəmov çıxış edərək Prezident İlham Əliyevin sərəncamı ilə Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edildiyini və bu diqqətə görə dövlət başçısına minnətdarlığını ifadə edib.
Çıxışlarda əlilliyi şəxslərin idman sahəsində uğurlarından, müxtəlif idman yarışlarında mükafatlar qazanmalarından bəhs olunub,
Sonda 30-a yaxın 30-a yaxın paralimpiyaçı və məşqçiyə bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə Sosial Xidmətlər Agentliyinin Fəxri Fərmanları təqdim edilib.
Xəbərlər
Sosial Xidmətlər Agentliyi 30-a yaxın paralimpiyaçı və məşqçini Fəxri Fərmanla təltif etdi - FOTOLAR












