“Bilik və Maarifçiliyin Inkişafı” İctimai Birliyi “Sosial müdafiə imkanları zəif olan gənclər arasında özünməşğulluq və sahibkarlıq fəaliyyətlərinin təşviqi” layihəsinin icrasını yekunlaşdırmaq üzrədir.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Əsas məqsədi sosial müdafiə imkanları zəif olan gənclər arasında sahibkarlığın təşviqi olan layihə fəaliyyətləri Gəncə şəhərində və Göygöl rayonunda həyata keçirilib. Özünüməşğulluq və sahibkarliq fəaliyyətinə maraq göstərən 29 nəfər gəncə “Öz Biznesinə Başla” modulu üzrə təlim sessiyası, “My Brend Dərzi fəaliyyəti” nümunə biznes plan əsasında isə işçi seminarlar keçiribdir. Növbəti mərhələdə benefisiarlara, biznes planın hazırlanması kontekstində, “Sərmayə Planı”, “Satiş Proqnozu Planı”, “Tədarük Planı”, “Digər Xərclər”, “Gəlir və Xərclər Planı” alt mövzularında, qrup formatında, 12 məsləhət xidməti göstərilib.
Keçirilən təlim və seminarlar zamanı gənclərin biznes və özüznüməşğulluq fəaliyyətinə başlamaları üçün onlarda özünəinamın vacibliyi, biznes ideyaların həyata keçirilməsində qeyri-standart düşüncə tərzinin və fərqli yanaşmanın nümayiş etdirilməsi, biznes fəaliyyətin gələcək karyeranın qurulmasında alternativ seçim variantı olması ilə bağlı müzakirələrə xüsusi diqqət yetirilib. Təlim və seminarlarda əldə edilmiş bilik və bacarıqlar, göstərilmiş məsləhətlərin praktik faydaları gənclər tərəfindən konkret biznes planların hazırlanmasını stimullaşdırılıb.
Belə ki, layihə fəaliyyətlərinə cəlb edilmiş gənclər tərəfindən 7- Qadın gözəllik salonu; Moda evi; Kosmetolloji mərkəz; Dərzilik fəaliyyəti tipli qadınlara göstərilən xidmətə aid, 7- Şir-niyyat evi; Kafe; Restoran işi; Dönər evi tipli iaşə obyektlərinə aid, 2- Fitnes zalı; Trenajor zalı; tipli sağlamlıq sahəsinə aid, 8- Kompyuter kursu; Kompyuter proqramları üzrə təlim mərkəzi; Reklam işi; Fotostudiya; Plastik qapı pəncərə sexi; Avtomobil təmiri sexi tipli rəqəmsal və texni-ki xidmət sahələrinə aid biznes planlar hazırlanıb.
Biznes plan müəllifləri ilkin maliyyə vəsaitləri əldə etmək üçün potensial maliyyə mənbələrinə yönləndiriliblər. Layihənin əldə edilmiş uğur nəticələrini regionda özünüməşğulluq və sahibkarlıq fəaliyyətinin təşviqinə əlavə bir töhfə kimi qiymətləndirmək olar.
Pərvanə Fərhadqızı












