“Sosial Dayaq” İctimai Birliyi Siyəzən rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir təşkil etmişdir.
Tədbirdə Siyəzən rayon İcra hakimiyyətinin nümayəndəsi, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədr müavini, Siyəzən rayon Mərkəzi kitabxanasının işçiləri, sağlamlıq imkanları məhdud uşaqlar və onların valideyinləri ştirak etmişlər. Tədbir uşaqların sevincinə səbəb olmuş, Şaxda baba ilə əylənmişlər. Tədbirin sonunda uşaqlara hədiyyələr verilmişdır.






