Həssas və inklüziv mövzulara diqqət çəkən, bərabər və əlçatan cəmiyyətin formalaşmasına dəstək verən təşəbbüslər çərçivəsində interaktiv tədbir təşkil olunur.
QHT.az xəbər verir ki, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıqda və Azərbaycan Milli QHT Forumu-nun dəstəyi ilə “Səssizliyin səsi: Şəhər hamı üçün danışır?” adlı interaktiv tədbir keçiriləcək.
Tədbirin məqsədi
Tədbirin əsas məqsədi ictimaiyyətdə inklüziv ünsiyyət mədəniyyətini təşviq etmək, işarə dili barədə məlumatlılığı artırmaq və şəhər mühitində əlçatan kommunikasiya imkanlarının vacibliyinə diqqət çəkməkdir.
İştirakçılar tədbir çərçivəsində:
* səssiz ünsiyyət təcrübəsi yaşayacaq,
* işarə dili ilə ilkin tanışlıq əldə edəcək,
* inklüziv şəhər mühitinin əhəmiyyəti barədə praktiki anlayış qazanacaqlar.
Tədbir haqqında məlumat
Tarix: 20 may 2026
Saat: 10:00 – 11:00
Məkan: Bakı Olimpiya Stadionu
Pavilyon: AZ NGO
Pavilyon nömrəsi: A39
Təşkilatçılar;
Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Azərbaycan Milli QHT Forumu
Təşkilatçılar qeyd edirlər ki, bu cür təşəbbüslər inklüziv cəmiyyətin formalaşmasına, fərqli ehtiyaclara malik insanların sosial həyata daha aktiv inteqrasiyasına mühüm töhfə verir.






