Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-şairə Güləmail Muradın H.Əliyevin 100 illiyinə həsr etdiyi "SƏN AZƏRBAYCANSAN" adlı kitabının təqdimat mərasimi keçirilib.
QHT.az xəbər verir ki, müəllif Güləmail Murad ona göstərilən diqqət və qayğıya görə AYB rəhbərliyinə, qonaqlara və çıxışçılara öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Güləmail Murad yaradıcılığının böyük bir hissəsini vətənpərvərlik mövzuları təşkil edir. O, şeirlərini, poemalarını ən səmimi hissləri, duyğuları ilə qələmə alır. Güləmail Murad çağdaş ədəbiyyatımızda ən çox vətənpərvərlik mövzusuna toxunan xanım şairlərdəndir. Onun bu şeirləri pafosdan uzaq, ən səmimi hisslərə köklənib.
Pərvanə Fərhadqızı












