Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti səyyar vətəndaş qəbulu Şəkidə keçirilib.
Birlikdən QHT.az- a veerilən məlumata görə, avqustun 30-da təşkil olunan qəbulda rayon sakinlərinin bank xidmətləri ilə bağlı müraciətləri dinlənilib və qeydə alınıb, bəzi müraciətlərin yerində həlli təmin olunmaqla, vətəndaşlara məsləhət xidməti göstərilib.
Qeyd edək ki, səyyar qəbul zamanı, həmçinin Birliyin könüllülləri tərəfindən məlumatlandırıcı materialların paylanması həyata keçirilib.
Pərvanə Fərhadqızı












