Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin nəzərinə!
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20 iyul 2022-ci il, saat 14:30-da “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçiriləcək.
Tədbir Səhiyyə Nazirliyi, İSİM və “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin birgə əməkdaşlığı ilə USAİD-in "Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti" (ECSOFT) layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər sırasında təşkil olunur. Görüşdə aidiyyəti dövlət qurumunun rəhbər şəxsləri və əməkdaşları, vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri, o cümlədən donor və tərəfdaş təşkilatların nümayəndələri iştirak edəcəklər.
Tədbirdə iştirak üçün qeydiyyat: https://ref.az/2ErS62P
Qeydiyyat üçün yalnız vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri müraciət edə bilərlər.
Əlavə məlumat üçün: (012) 431 20 95












