Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan Binnətov 22 avqust 2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub.
ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən QHT.az- a verilən məlumata görə, 2019-cu ilin oktyabr ayından müddət həqiqi hərbi xidmətdə olan Ruslan Binnətov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və 9 noyabr tarixində qəhrəmancasına şəhid olub.
Ruslan Binnətov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Qürurla yad edirik. Ruhu şad olsun.
Pərvanə Fərhadqızı










