Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Sübhan Rahim oğlu Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2001-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2002-ci ildən isə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etditib. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olmuş Sübhan Cəbrayılov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı cəbhənin Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edib və oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Sübhan Cəbrayılov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətn Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı