Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Haxverdi Sadıq oğlu Kərimov 2000-ci il dekabrın 1-də Şamaxı rayonunun Ovçulu kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Haxverdi Kərimov 2020-ci ilin 27 sntyabrında başlanan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 24-də qəhrəmancasına şəhid olub.
Haxverdi Kərimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı










