Şəhidimiz, Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anası Qaziyeva Südabə sertifikatlaşdırma imtahanında rekord nəticəyə imza atdı.

Bu barədə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova QHT.az - a bildirib. O qeyd edib ki, 67 dəqiqədə 59 bal toplayıb.

Südabə müəllimə Zaqatala rayonu, Aşağı tala 3 nömrəli məktəbin ibtidai sinif müəllimidir.

Məlumat üçün bildirək ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan SQ tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində Murov dağı, Cəbrayıl, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

Valeh Bədəlov oktyabrın 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmanca şəhid olmuşdur.

Valeh Bədəlova ölümündən sonra Vətən müharibəsində şücaətlərinə görə "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda" medalı verilib.

 

Pərvanə Fərhadqızı