Hər bir şəhid ailəsi, möhkəmlənmiş dəstək və qayğıdan faydalanmaqda vacib bir rola malikdir. Bu müsahibədə, şəhid ailələrinə təqdim edilən dəstəyin həyatlarında yaratdığı təsiri və bunun cəmiyyətə nə təsir göstərdiyini müzakirə edəcəyik.
Bunun üçün QHT.az "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimovadan müsahibə götürüb.
QHT.az: Şəhid ailələrinə göstərdiyiniz dəstəyin onların həyatına təsirini necə müşahidə edirsiniz?
Tünzalə Abduləlimova: Şəhid ailələrinə göstərdiyimiz dəstəkdən onların özləri danışa yaxşı olardı. Çünki mən bu barədə bir az çətinlik çəkirəm, cünki bu özümü tərifləmək kimi çıxacaq ona görə bir gün o sualları onlara verəsiz onlar cavablandırallar. Qısa da olsa belə deyə bilərəm bu gün biz bir yerdə dərləşib, bir yerdə deyib gülürksə, bir yerdə ağlayırıqsa demək bu dəstəyin təsiri böyükdür.
QHT.az: Şəhid ailələrinə ictimai dəstək və siyasətin inkişafı ilə bağlı hansı təklifləriniz var?
Tünzalə Abduləlimova: Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB ailəsidə bu baxımdan müxtəlif təşəbbüs və layihələrlə çıxış edir.
Şəhid ailələrinin nümayəndələri və qazilər də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, dövlətimizin başçısı tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir.
QHT.az: Şəhid ailələrinə dəstək vermək üçün qeyri-hökumət təşkilatları ilə ictimai qurumlar arasında hansı əməkdaşlıq əlaqələri qurursunuz?
Tünzalə Abduləlimova: Bu gün bizim İctimai Birliyimiz 3 ildi ki, təstiq olunub və fəliyyətdədir. Təstiq olunan gündən Qeyri - Hökümət Təkilatlarina Dövlət Dəstəyi Aqentliyi bizə cox böyük köməkliy ediblər. Bu arada öz adımdan aqenliyin başda Ayğün xanım olmaqla bütün əməkdaşlarına təşəkür edirə mənə göstədikləri dəstəyə görə.Bu 3 ildə Şəhid ailələriynə aid bütün lahiyələrimiz qalib gəlib və beləcə biz Şəhid, qazi ailələrinə həm hüquqi, pisixoloji, şəhid övladlarına dəstək olub onları sevindirərək və sonuncu "Şəhid övladları və veteran övladları arasında yarışma" adlı lahiyəmiz qalib olub və beləcə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bizlərə böyük dəstəyi göz qabağındadır.
QHT.az: Təşəkkür edirəm ki, bu əhəmiyyətli mövzuda müsahibə verdiniz. Qeyri-hökumət təşkilatları, ictimai qurumlar və sosial dəstək layihələri vasitəsilə şəhid ailələrinə göstərilən dəstəyin onların həyatında necə təsir etdiyini daha yaxından anlamaq üçün bu müsahibəni aparmaqdan məmnunluq duyuruq. Sağ olun!
Pərvanə Fərhadqızı
QHT.az










