Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Kür çayı ərazilərində ətraf mühitin  qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstək”  layihəsinin fəaliyyət planına uyğun olaraq maarifləndirici dəyirmi masalar təşkil edir.

Növbəti tədbir Salyan şəhərində şəhid Azər Səfərov adına inteqrasiya təlimli və internat tipli gimnaziyada təşkil edilmişdir.


Dəyirmi masada məktəbin müəllim və şagird kollektivi, rayon İcra Hakimiyyəti yanında  yaradılmış ictimai şura üzvləri, şəhər sakinləri, QHT və  yerli mətbuatın təmsilçiləri iştirak etmişlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik göstərərk şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Ana Kür” ictimai birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov şıxış edərək Kür çayının Salyan şəhərinin ərazisindən keçən hissəsində mövcud ekoloji vəziyyt barədə məlumat vermiş,  layihənin ideyasının  həyata keçirilməsi üçün görülən maarifləndirici tədbirlərin mahiyyətindən danışmışdır.


Gimnaziyanın direktoru Səyyad Ümud, şəhər sakini,rayon ağsaqqallar şurasının sədr müavini Məhəmməd Ağayev, “Ana Kür” ictimai birliyinin idarə heyyətinin üzvü Sevinc Bünyatova, Qadınların sosial inkişafına dəstək ictimai birliyinin sədri Sevda Quliyeva müzakirələrdə iştirak etmişlər. Çay süfrəsi ətrafında keçirilən tədbirdə  bir daha vurğulanmışdır ki,  respublikamızda əsas su mənbəyi çay sularıdır.Ən böyük çayımız Kür çayı olsa da indiki dövrdə onun sululuq səviyyəsi və içmək üçün yararlılıq vəziyyəti nəunki Ümumdünya Səhiyyə Təşkilatının standartlarına, heç texniki tələblərə belə çavab vermir. Kür çayı respublika ərazisinə qədər qonşu ölkələrin su istifadəçiləri tərəfindən həddən çox zəhərli-kimyəvi maddələrlə çirkləndirilərək hər yerdə, çayın istər su yatağına, istərsə də sahillərinə   çox ciddi ziyan dəymiş, həmçinin çayda nadir balıq növləri, sahillərində isə zəngin  Tuğay meşələri, ərazinin digər fauna və flora aləmi demək olar ki, məhv olmuşdur. Təəssüf  ki, mövcud vəziyyəti bərpa etmək  səyləri istənilən nəticəni vermir. İnsan və ətraf mühut münasibətlərinə aid olan bu məsələ  təkcə bizdə  deyil, bütövlükdə, dünyada qlobal xarakter daşımaqdadır. Bununla bərabər hər birimiz üzərimizə düşən ictimai məsuliyyəti daha yaxından dərk etməliyik.


Dəyirmi masada təkliflər irəli sürülmüş və onların həyat keçirilməsi üçün aidiyyatı təşkilatlara müraciətlərin hazırlanmzsı tövsiyyə edilmişdir.