"Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeni perspektivlər yaradır.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılsada beynəlxalq və regional təşkilat opmaqla beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. Asiya və Avrasiya məkanında mühüm regional əməkdaşlıq platformalarından biri kimi Azərbaycanın xarici əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ŞƏT ilə əməkdaşlığının genişləndirilməsi ölkənin regional və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır.

Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığından əldə edə biləcəyi əsas üstünlüklərdən biri Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsidir və formalaşmaqda olan şərqin iqtisadi-siyasi blokunda yüksək səviyyədə təmsil olunmaqdır.

Azərbaycanın coğrafi mövqeyi beynəlxalq siysi, iqtisadi proseslərdə aktiv iştirakını təmin edir. Şərq ilə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirməklə Orta Dəhlizin inkişafında önəmli paya sahibdir.

Nəqliyyat və logistika layihələrinin inkişafı ölkənin tranzit potensialının artmasına, yeni investisiyaların cəlb edilməsinə və iqtisadi fəallığın yüksəlməsinə şərait yaradacaq.

Eyni zamanda Azərbaycan sahibkarlarının yeni bazarlara çıxışını asanlaşdıra bilər. Bu baxımdan kənd təsərrüfatı, qida sənayesi, qeyri-neft sektoru, turizm və digər sahələr üzrə ixrac imkanlarının artırılması xüsusi əhəmiyyət kəsb edir. Xüsusulilə Çinin Azərbaycanın kənd təsərrüfatı sektoruna göstərdiyi maraq və razılaşdırılmış qarşılıqlı əlaqələr dayanıqlı iqtisadi inkişafın mühüm istiqamətlərdən biridir.

Nəhəng daxili bazar potensialına malik Çin və digər Asiya ölkələri ilə iqtisadi münasibətlərin dərinləşdirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Münasibətlərin genişləndirilməsi nəqliyyat, logistika, rəqəmsal texnologiyalar, sənaye və innovasiya sahələrinə yeni investisiyaların cəlb edilməsinə imkan yarada bilər. Rəqəmsal iqtisadiyyat və elektron ticarət sahəsində əməkdaşlıq isə Azərbaycan sahibkarlarının beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirəcək".

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Sənan Yəhya