Salyanın Xalac kəndində yanğın hadisəsi baş verib.
QHT.az xəbər verir ki, hadisə zamanı yanğının söndürülməsində yerli sakinlərlə yanaşı, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Sadiq Qurbanov da fəal iştirak edib. S. Qurbanovun bu hərəkəti yerli sakinlər tərəfindən yüksək qiymətləndirilib. Yanğının səbəbləri araşdırılır və aidiyyəti qurumlar tərəfindən dəqiqləşdirilir.
Vaxtında müdaxilə Salyanda böyük fəlakətin qarşısını alıb.












