Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Kür çayı ərazilərində ətraf mühitin  qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstək”  layihəsinin icra planına uyğun olaraq növbəti maarifləndirici tədbirini Salyan rayon Arbatan kənd inzibati dairəsində yerləşən Elxan Ağayev adına tam orta məktəbdə keçirmişdir.

QHT.az xəbər verir ki,  Tədbirdə məktəbin pedaqoji və şagird kollektivinin nümayəndələri iləyanaşı, kənd içtimaiyyətini təmsil edən sakinlər, eyni zamanda Salyan rayonunun QHT və KİV təmsilçiləri iştirak etmişlər.
Məktəbin şəhid məzunlarının, eyni zamanda, torpaqlarımızın erməni işğalından azad edilməsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış bütün hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbin direktoru Aytən Ağalarova  layihə komandasını salamlayaraq onlara  bu xeyirxah işlərində uğurlar arzu etmişdir. İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov    icra olunan  layihənin  ideya və məqsədləri, layihə çərçivəsində görülmüş işlər, gözlənilən nəticələr barədə danışmışdır. Fəaliyyət planı ilə tanış olan iştirakçılar Kür çayının kənd ərazisindən axıb gedən  adına el arasında  “Bala Kür” deyilən qolu üzərində məskunlaşmış təsərrüfatların   çaya, ətraf mühitə münasibətlərinin heç də həmişə yaxşı olmadığını qeyd etmişlər. Çayda heç də həmişə suyun səviyyəsi və sululuq  lazımı səviyyədə olmur. Çaya atılan müxtəlif tullantılar,  lazımsız  əşyalar   axın sürətinə təsir etməklə bərabər   suyun keyfiyyətini daha da ağırlaşdırırlar. Heç də  sirr deyildir ki, insanlar təsərrüfat ehtiyaclarını ödəmək üçün  bəzən içməli su mənbəyi kimi də bu çaydan istifadə edirlər. Ona görə də kənd ərazisi, xüsusən çayın sahilləri, yaxın ərazilər   təmiz olmalı, sanitariya vəziyyətinə ciddi əməl edilməlidir.
 
Çay süfrəsi arxasında keçən dəyirmi masada rayon ağsaqqallar şurasının sədr müavini Məhəmməd Ağayev, rayon ziyalılar birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, Qarabağ Müharibəsi Əlilləri,Veteranları və  Şəhid Ailələri İctimai Birliyinin Salyan rayon filialının  sədri  Arif Əsgərov, məktəbin riyasiyyat müəllimi Gülər Babayeva  şagirdlərdən  Selcan Hüseynzadə , Gülər Babayeva, Rzalı Rəhman  və başqaları çıxış edərək Kür boyu ərazilərin ekoloji mühitinin qorunmasında hər kəsin, xüsusən əraziyə yaxın insanların, o cümlədən məktəbli gənclərin də üzərinə məsuliyyət qoyur. Ona görə layihə bir daha bizə xatırladır ki, ekoloji məsələlər təbiət qarşı fərdi  yanaşma tələb edir.Hər kəs yaşadığı, təhsil aldığı  məktəbin ərazisinin, iş yerinin təmizliyinə riayyət etməlidir. 

Sonda iştirakçılara Press-Relizlər və “Ana Kür” qəzetinin son sayının nümunələri paylanmışdır.