Azərbaycanda VII çağırış Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Parlamentarlar Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət ediblər.

Yaxın anlarda dövlət başçısı deputatların növbədənkənar seçkilərə dair müraciətinə cavab verəcək.

Böyük ehtimalla parlament seçkiləri noyabrda deyil, xeyli əvvəl - sentyabrda keçiriləcək.

Cəmiyyət növbəti - VII çağırış Milli Məclisin yeni çağırışlara və yeni dövrün tələblərinə cavab verən deputatlardan təşkil olunacağını gözləyir. Şübhəsiz ki, növbədənkənar seçkilərdə namizədliyini irəli sürən müxtəlif simalar görəcəyik. Onların sırasında QHT sədrlərinin də olacağı istisna deyil.


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıının sədri Sahib Məmmədov parlament seçkisində iştirakla bağlı fikirləşmədiyini deyib:
 

"Bu bərədə fikirləşməmişəm. Yəni seçkilərdə passiv iştirak etməsəm də, aktiv seçki hüququmdan mütləq istifadə edəcəm".

MODERN.AZ