"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Şahdağ Truskaves Reabilitasiya Mərkəzində müalicə alan şəhid ailələri ilə keçirilən görüş haqqında fikirlərini açıqlayıb.
QHT.az həmin fikirkəri təqdim edir:
"'Vətən naminə' Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq görüşdə iştirak etdik, şəhid ailələri ilə səmimi söhbətlər apardıq, onların qayğıları ilə maraqlandıq və xoş vaxt keçirdik.
Görüş zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Şahdağ Mərkəzinin rəhbərliyinə öz dərin təşəkkürlərini bildirdilər.
Şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edir, onların ailələrinin hər zaman yanında olmağı özümüzə mənəvi borc bilirik. Bu cür görüşlər həm mənəvi dəstəyin gücləndirilməsi, həm də qarşılıqlı etimad və həmrəyliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Onu da qeyd edək ki, tədbirlərimiz zamanı I və II Qarabağ müharibəsi şəhidlərinin ailələrini narahat edən məsələlər, qarşılaşdıqları problemlər və onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılır. Və qeyd edək ki, tədbirlərimiz zamanı I və II Qarabağ müharibəsi şəhid ailələri arasında hər hansı ayrı-seçkiliyin aradan qaldırılması, Qarabağ birliyinin və milli həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir və möhkəm can sağlığı versin".












