Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli 2-İyul Azərbaycan Polisi günü münasibəti ilə polisin rolu və əhəmiyyəti haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Birlik və sabitlik  dövlətin ən böyük dəyəridir. Effektiv polis xidməti hər kəsin və hamının rifahı, əmin-amanlığı üçün əsas şərtdir. İnsanlar həmişə mövcud nizamı qorumağa, kataklizmlər və qarışıqlıqlar olmadan dinc sosial-iqtisadi və mənəvi inkişaf üçün şərait yaratmağa ehtiyac duyublar.

Dövlətlə bağlı ilk dəfə "sabitlik" terminini işlədən, müasir politologiyanın banisi Nikola Makiavelli qeyd edir ki, birlik və sabitlik  dövlətin ən böyük dəyəridir. O, eyni zamanda hər bir dövlət başçısı üçün məhz  birlik və sabitliyin təmin edilməsini baçlıca vəzifə kimi müəyyən edirdi.  Siyasi sabitlik dövlətin effektivliyini və rifahını müəyyən edən əsas amillərdən biridir. Onun mövcudluğu davamlı inkişafa, daxili təhlükəsizliyə, sosial harmoniyaya və iqtisadi tərəqqiyə töhfə verir. Daxili təhlükəsizliyin təmin edilməsində effektiv polis xidməti ən vacib funksiyanı yerinə yetirir, ictimai asayişin qorunması, əmin-əmanlığın təmin edilməsi məhz bundan asılıdır.

108 yaşını qeyd edən Azərbaycan Polisi, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasəti ilə müəyyən edilən vəzifələri uğurla yerinə yetirir. Azərbaycan Polisi istər müharibə dövründə səngərdə və arxa cəbhədə, istər cinayətkarlığa qarşı mübarizədə, yaxud dövlət xidmətlərinin göstərilməsində, hərəkəti nizamlayanda 7/24 aramsız asayiş, vətəndaşların, dövlətin qorunması, nizam-intizam üçün çalışır. DİN  bu gün cəmiyyətlə ən sıx işləyən, effektiv kommunikasiyaya malik, bütün mümkün kanallarla vətəndaş, cəmiyyətlə təmasda olan qurumdur.

DİN yeni çağırışlara sürətlə ayaqlaşır, adaptasiya olur,  kibercinayətkarlıq, rəqəmsal  mühitdə cinayətkarlığa, narkodövriyyə  qarşı mübarizədə kiafyət qədər effektiv addımlar atılır. Artıq bu istiqamətlərdə hüquqazidd əməllərin qarşısı effektiv alınır. Xüsusən hazırda bölgəmizə yaxın regionlarda müharibələrin davam etdiyi, bölgəmizin maraqlar kəsişməsində olduğu dövrdə daxili təhlükəsizlik, asayişin qorunması həmişəkindən daha strateji xarakter daşıyır. Buna görə güclü polis milli gücümüz, hər birimizin əmin-amanlığıdır.

2 iyul Peşə Bayramı münaibətilə bütün DİN şəxsi heyətinə fədakar xidmətdə uğurlar, hər bir əməkdaşa can sağlığı arzu edirəm. Allah amanında olasınız! Allah şəhid polislərimizə rəhmət eləsin! Allah qazi polis əməkdaşlarına can sağlığı nəsib eləsin!"