"Qarabağ Əlilləri və Veteranları" və "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birlikləri 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirib.
QHT.az xəbər verir ki, tədbirdə ilk olaraq dövlət himni səsləndirilib və Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirin təşkilatçıları olan qeyri-hökumət təşkilatlarının rəhbərləri Novrasta Yusifova və İradə Rizazadə qeyd olunan bayram gününün tarixi haqda danışaraq, Ulu Öndərin ordu quruculuğuna dair gördüyü işlərdən, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun bugünkü gücündən, torpaqlarımızın azad olunmasında Ordumuzun əvəzolunmaz xidmətlərindən danışıblar.
Müharibə iştirakçıları təşkilatların fəxri fərmanları və kiçik hədiyyələrlə təltif olunublar.
Bir daha Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini dərin hörmətlə anır, ailələrinə səbr diləyir, Vətən uğrunda döyüşən hər bir şəxsin qarşısında da baş əyirik!












