“Sosial Dayaq” İctimai Birliyinin Siyəzən rayonunda həyata keçirdiyi "Sağlamlıq  imkanları  məhdud  uşaqlara  qayğı  tədbirləri” adlı  layihənin icrası davam edir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına  Dövlət  Dəstəyi  Agentliyinin maliyyə dəstəyi ilə keçirilən layihədə iştirak edəcək sağlamlıq imkanları  məhdud  uşaqlar  müəyyən  edilib, onların ehtiyacları  mütəxəssislər  tərəfindən öyrənilib. Hər bir uşağa ehtiyacına uyğun  qayğı  təlimləri  təşkil olunub.

QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Qərənfil Niftəliyeva məlumat verib. Onun sözlərinə görə, yaş normativləri nəzərə alınmaqla hər uşaq üçün ayrı-ayrılıqda  təlim qaydaları hazırlanıb: "Təlimlərə valideyinlər də cəlb olunublar. Onlar öz uşaqlarına erkən yardım göstərmək, ünsiyyət qurmaq bacarıqları əldə edirlər. Valideynlərə uşaqları ilə ev şəraitində necə  ünsiyyət qurmaqları barədə məlumatlar verilir".

Qeyd edək ki, qayğı tədbirlərinin təşkili,  uşaqların  fiziki-mənəvi inkişafına,  digər uşaqlarla  bərabər cəmiyyətdə  müstəqil iştirak etməsinə dəstək olacaq.