Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi ““Sağlam həyat tərzini öyrən” devizi ilə Sumqayıt şəhər orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində uşaqlarda sağlam həyat tərzinin və mədəniyyətinin formalaşmasına xidmət edən fakultativ məşgələ keçilmişdir.

 

 Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında uşaqların sağlamlığının qorunması və möhkəmlənməsi üçün sağlam həyat tərzinin formalaşmasına xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir.

 

 

May ayının 17 də Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin fakultativ məşğələlərdən seçilmiş 20 nəfər uşaq arasında intellektual oyun təşkil olunmuşdur. İntellektual oyun zamanı 5 nəfərdən ibarət 4 məktəbdən yaradılmış qruplar sarasında sağlam həyat tərzi ilə bağlı bilik yarışı keçirilmişdir. 

 

Bu zaman uşaqlara sağlam həyat tərzi ilə bağlı 10 sual təqdim olunmuşdur və hər bir sualı 1 balla qiymətləndirilmişdir.

 

 Gərgin mübarizə nəticədə ən yüksək nəticə ilə 28 saylı məktəb 1-ci yerə, 30 saylı məktəb 2-ci yerə və 24 saylı məktəb isə 3-cü yerə layiq görülmuşdür.

 

 Sonda qalib olan komandalara müvafiq  kuboklar və uyğun olaraq fəxri fərmanlar təqdim edilmişdir.

 

 İntellektual oyunda məktəb müəllimləri və valideynlər iştirak etmişdir. Sonda valideynlər və müəllimlər təşkilatçılara öz minnətdarlığını bildirmişlər.

 

İntellektual oyunu Birliyin təlimçisi Rauf Əliyev aparmışdır. Məktəbin aşağı  sinif şagirdlərindən 20 nəfər intellektual oyunda iştirak etmişdir.

 

 Aparılan sağlam həyat tərzi ilə  bağlı intellektual oyunda sağlam həyat tərzi qaydaları, təmizlik,  düzgün qidalanma- sağlamlığa təminatdır, hərəkət və idman-sağlamlığa gedən yoldur, xəstəliklər və onlarla mübarizə sağlamlığın əsas qayəsidir, geyim-uşağın düzgün geyindirilməsi necə olmalıdır,        hava, su, günəş sağlamlığın təminatıdır, pis və zərərli vərdişlər, rejim, peyvənd və s.kimi mövzularında suallar verilmişdir.

 

 Sağlam həyat tərzi ilə  bağlı  keçirilən intellektual oyun iştirakçılar arasında böyük marağına səbəb olmuşdur.  

 

intellektual oyun maraqla keçirildi və hər bir iştirakçı oyunda fəal iştirak edərək düşüncələrini, sağlam həyat tərzi ilə ilə bağlı bilgilərini və rəylərini sərbəst ifadə edirdilər.

 

 Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. 

 

 Bu tədbirlərin orta ümumtəhsil müəsissələrinin aşağı sinif şagirdləri arasında aparılması daha məqsədəuyğun hesab edilir.

 

 Beləki, sağlam həyat tərzini və sanitar-gigiyenik qaydaların öyrənilməsi uşaqlarda sağlam yaşayış mühiti yaradır, onların sağlamlıqları üçün təhlükə yaranmır və hər cür xarici təsir amillərindən özlərini qoruya bilirlər. 

 

  Uşaqların sağlamlığının qorunması cəmiyyətdə böyük ictimai əhəmiyyət kəsb edir. Beləki, biz necə uşaqları böyütsək, eləcə də onlar gələcəkdə cəmiyyəti formalaşdıracaq və sosial əhəmiyyət kəsb edəcəkdir. 

 

Uzun illərdir orta umumtəhsil məktəblərində aparılan ekoloji mədəniyyət, sağlam həyat tərzi və sanitariya mədəniyyəti ilə bağlı aparılan maariflənmə tədbirləri zamanı müəyən edilmişdir ki, belə tədbirlərin uzun zaman aparılmasına cəmiyyətdə ehtiyyac vardır.

 

  Ona görə də uşaqların sağlamlığının qorunmasında və möhkəmlənməsində zəruri şərt kimi sağlam həyat tərzinin və sanitar-gigiyenik mədəniyyətin təbliği mühüm əhəmiyyət kəsb edir.

 

 Çünki, bu çox hallarda uşaqların sağlamlığının pozulması və bir sıra xəstəliklərin yaranması uşaqların sağlam həyat tərzi  qaydalarını və sanitar-gigenik normaları kifayət qədər bilməməsi səbəbindən baş verir.