“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Sağlam ailə - sağlam cəmiyyət” adlı layihəsi çərçivəsində    növbəti seminar təşkil edilmişdir.
   

Bu barədə QHT.az-a məlumat verən layihə rəhbəri Əli Mirzəyev bildirib ki, seminarda Şirvan Gənclər Evinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin üzvləri və Şirvan Peşə Litseyinin tələbələri, ümumilikdə 26 nəfər iştirak etmişlər.      


Layihənin rəhbəri Ə. Mirzəyev yuxarıda adları qeyd olunan müəssisələrin rəhbərlərinə təşəkkürünü bildirdi və layihənin məqsədləri, həyata keçirilmiş fəaliyyətlər barədə məlumat verdi. O, öz çıxışında gənclər arasında saglam ailə dəyərləri, nümunəvi ailə modelləri, övlad – valideyn münasibətləri haqqında gənclərə məlumat verdi və gənc ailələrə dəstək üçün dövlətin həyata keçirdiyi layihələrdən, proqramlardan danışdı. Qeyd olundu ki, dövlət orqanlarının çox ciddi tədbirlərinə baxmayaraq  dağılan ailələr, boşanmalar, ailələrdə qarşılıqlı münasibətlərin gərginləşməsi, zorakılıq hallarına hələ də rast gəlmək olur.
 

Mövzu ətrafında müzakirələrdə Şirvan Gənclər Evinin müdiri Əfqan Həsənov, Şirvan Peşə Litseyinin müəllimləri Aynurə Şahvələdova, Xatirə Nəsirova, gənclərdən Mətanət Həsənova, Səid Əmrahov və başqaları  fəal iştirak etmişlər.
  Layihə may ayına qədər davam edəcəkdir.