"Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanovun təşəbbüsü, GDU, UNEC və NDU-nun birgə təşkilatçılığı ilə Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər" konfransında yaşıl iqtisadiyyatın ölkəmizdə prioritetliyi, COP29 konfransın Bakıda keçirilməsinin əhəmiyyəti, yaşıl iqtisadiyyatın özəllikləri və konfransın mövzusunun aktuallığı haqqında çıxış etdim".

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib. Rektor qeyd edib ki, Sadiq Qurbanovun "Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat" kitabını təqdim etdim: "Uğurlu konfrans və aktual mövzuya həsr edilmiş kitab münasibətilə hörmətli Sadiq Qurbanovu təbrik edir, GDU rektoru hörmətli Yusif müəllim Yusibov başda olmaqla konfransın bütün təşkilatçılarına və bütün iştirakçılara təşəkkür edirəm".

 

 

 

 

 

 

 

R.İmanov