Rusiya alimləri oxşar məhsullardan fərqli olaraq əsl orqana bənzəyən silikon bionik qulaq protezi yaradıblar.
QHT.az xəbər verir ki, mövcud bionik protezlər eşitmə cihazlarına bənzəyir və daha çox estetik məhsullar xəstənin eşitmə qabiliyyətini qaytarmaq funksiyasına malik olmadan yalnız qulaq qüsurlarını maskalayır. Müəlliflər 3D çap texnologiyalarından istifadə edərək, süni qulağın dizaynında əsl orqanın relyefini təkrarlaya bilib və cihazın çərçivəsinə protezin işləməsi üçün lazım olan elektron komponentlərin daxil olmasına əmin olublar.
Qeyd edək ki, təbiilik tələblərinə cavab verən, zədələndikdə bərpa oluna bilən silikon hipoalerjenikdir və dərinin teksturasını və rəngini uğurla təqlid edir.
Pərvanə Fərhadqızı












