Belqorod vilayətinin hakimiyyət orqanları regional fövqəladə vəziyyət tətbiq edir.

QHT.az xəbər verir ki, Qubernator Vyaçeslav Qladkov, vəziyyətin Ukrayna silahlı qüvvələrinin gündəlik atəşi nəticəsində çətinləşdiyini bildirdi. O, hökumət komissiyasına federal səviyyədə fövqəladə vəziyyət elan etmək xahişi ilə müraciət edəcəyini açıqladı.

Hazırda bölgədəki ziyan 12 milyon rubldan 1,2 milyard rubla qədərdirsə, regional fövqəladə vəziyyət elan edilir; əgər qurbanların sayı 500-dən çoxdursa, federal fövqəladə vəziyyət tətbiq olunur. Avqustun 7-dən etibarən Kursk vilayətində də regional fövqəladə vəziyyət rejimi tətbiq olunub.

 

Pərvanə Fərhadqızı