Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Rusiya nəşriyyatları ilk dəfə olaraq iştirak edəcəklər.
QHT.az xəbər verir ki, sərgidə müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan da nəşriyyatlar, kitabsevərlər və ədəbiyyat mütəxəssisləri bir araya gələcək. Bu tədbir həm yerli, həm də beynəlxalq oxuculara kitab mübadiləsi və ədəbiyyat sahəsindəki ən son yenilikləri paylaşmaq imkanı yaradacaq. Sərgi çərçivəsində iştirakçılar yeni nəşrlərlə tanış ola biləcək, müəlliflərlə görüşlər və müzakirələrdə iştirak edəcəklər.
Qeyd edək ki, builki yubiley sərgisi dahi Azərbaycan șairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasinın 530 illiyina hasr olunub. Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dan artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisa sərgidə iştirak üçün qeydiyyatdan keçib. Sərgida Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. Budəfəki sərgi üçün də zəngin proqram tərtib olunub.










