Ötən həftə Avropa Rumıniyada keçirilən prezident seçkiləri sensasiyası ilə sarsıldı.
QHT.az xəbər verir ki, Rumıniyada prezident seçkilərinin sensasiyalı birinci turundan sonra parlament seçkiləri keçirilib. Exit-poll nəticələrinə görə, hakim Sosial Demokrat Partiyası (SDP) liderdir. Belə ki, CURS agentliyinin keçirdiyi exit-poll SDP-yə 26% səs verir. İfrat sağçı Rumıniya Birliyi Alyansı 19% səs toplayıb. Liberal Partiyası (SDP-nin koalisiya partnyoru) 15% səs toplayıb. Mərkəzçi “Rumıniyanı xilas et” ittifaqı da eyni sayda qazanır.
Eyni zamanda, ekspertlər xatırladırlar ki, ötən həftə keçirilən exit-poll da prezident seçkilərinin birinci turunda önə çıxan ifrat sağçı namizədin gözlənilməz “sıçrayışını” göstərməyib. Həmçinin exit-polllarda diasporun səsləri nəzərə alınmır ki, bu da yekun nəticəyə ciddi təsir göstərə bilər.
Rumıniyada parlament seçkiləri ciddi pozuntular olmadan keçirilib.
R.İmanov






