Yaponiyanın baş naziri Fumio Kişidanı ABŞ səfərində müşayiət edən, əllərini cibinə qoyub kameralar qarşısına keçən Seiji Kiharanın görüntüləri ölkədə böyük müzakirələrə səbəb olub.


QHT.az xəbər verir ki, Kişidanın bu ayın əvvəlində ABŞ prezidenti Co Baydenlə görüşü zamanı onun baş köməkçilərindən biri Seiji Kiharanın əlləri cibində olan videosu Yaponiyadakı bir çox sosial media istifadəçisi tərəfindən “hörmətsizlik” kimi qiymətləndirilib. Çoxları Kiharanın baş nazirdən daha rahat davranaraq “etiket və diplomatiya qaydalarını pozduğunu” şərh edib.

Amma əsl gündəm Kiharanın anasının onu danlaması oldu. Anasının da ondan utandığını deyən yapon rəsmisi reaksiyalardan sonra üzr istəyib. Kihara YouTube-da verdiyi açıqlamada anasının "baş nazir müavini ailəsini biabır etdi" mesajını görəndə çox üzüldüyünü və qəzəblə ona zəng etdiyini bildirib. O, “Həmin anda diqqətimi yalnız danışmağa yönəltmişdim” deyərək hərəkətinə səbəb göstərib.