“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini Tərtər rayonunda 3-cü tədbirini keçirdi.
12.04.2023-cü il saat 16.00 da Tərtər rayonunda Tərtər YAP-ın binasında akt zalında layihə çərçivəsində “Erkən nigah və fəsadları” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İH –nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov açdı. O qonaqları təqdim etdi və mövzu ilə bağlı fikirlərini bildirdi. Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihəin məqsədlərini açıqladı.
Ekspert T.Dadaşov erkən nigah və onun fəsadları barədə ətraflı məlumat verdi. O, bildirdi ki,” erkən nigahla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu problemin qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi – ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir. Bu prosesdə müəllim –pedaqoqların fəaliyyəti,həmçinin məktəb-valideyn işbirliyi də mühüm amillərdən biridir”.
Psixoloq A.İmanova erkən nigah probleminin olması bəzi insanların erkən nigahın fəsadlarından xəbərsz ,savadsız olması ilə əlaqələdirdi.Bildirdi ki, ” Erkən nigahların əsas psixoloji səbəbi balaca qızların stereotiplərlə ,yerli adət ənənələrə uyğun böyüdülməsi ,onların “gələcək gəlin”obrazına uyğun tərbyələndirilməsidir.Buda ona gətirib çıxarır ki,azyaşlı qızların özləri də nigaha maraqlı olurlar. Onlar ailə həyatını öz xəyallarında rahat həyat kimi canlandırırlar.
Sonda müzakirələr oldu və suallar cavablandırıldı. İştirakçılardan Ə.Təranə, Ə.Cavid və digərləri Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə onların ərazisində maarifləndirmə aparıldığına görə təşəkkür etdilər.












