"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə COP29 İqlim Dəyişiklikləri Konfransının Azərbaycanda uğurla keçirilməsinə dair fikirlərini bölüşüb. QHT.az xəbər verir ki, o bildirib ki, vətəndaş cəmiyyəti olaraq tədbirin uğurlu təşkil olunacağına ilk gündən inanırdılar:

"Belə bir mötəbər tədbirə ev sahibliyi edən ölkənin vətəndaşı olmaq xüsusi qürurvericidir. Ölkəmiz bu sınaqdan da uğurla keçdi. Tədbirin son günü isə adətlərimizə uyğun olaraq, Azərbaycanın milli şirniyyat təamları ilə qonaqlarımıza süfrə təşkil etdik".

İradə Rizazadə əlavə edib ki, tədbirin təşkilatçılığı, əməkdaş və könüllülərin fəaliyyətləri, eləcə də Azərbaycan xalqının qonaqpərvərliyi və yardımsevərliyi, qonaqların ölkələrinə döndükdən sonra da yaddaşlarda qalacaq.

Qeyd edək ki, COP29, Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, milli adət-ənənələrimizin təbliği üçün də önəmli bir platforma oldu.

 

Pərvanə Fərhadqızı