22 iyul Milli Mətbuat günü münasibətiylə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB ailəsi olaraq Qubada tədbir kecirdi.

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən QHT.az-a bildirilib ki, tədbirə Quba jurnalistikasında sahəsində sözünü demiş jurnalistlər, Quba İcra Hakimiyyətinin nümayəndələri, Şəhid ailələr dəvət olunub. Tədbir Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə bir dəqiqəlik sükut elan olundu, Azərbaycan himni verildi. Tədbirdə "Vətən Naminə" İB sədri Tünzalə xanım Milli Mətbuat günü münasibətilə bütün jurnalistlərin bayramını təbrik edib. Şəhid olmuş jurnalist Şəhidlərini də yad edərək onların daima yaşadıqlarını qeyd edib. Həmçinin Tünzalə xanım Şuşada Beynəlxalq Media Forumu keçirilməsindən, Prezident İlham Əliyevin "22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinin təbrikini və Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı "Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır" barəsində danışıb.

Tədbirdə media nümayəndələri fəxri diplomla təltif  olunub.

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova bütün media nümayəndələrini təbrik edir.