QHT.az platformasında xüsusi bir bölmə – “Türk Dünyası QHT-ləri” istifadəyə verilib.
Yeni bölmənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları və ictimai təşəbbüslər haqqında məlumatların vahid platformada toplanması, paylaşılması və qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.

 

Bölmənin məqsədi nədir?
•    Türk dünyasında fəaliyyət göstərən QHT-lərin tanıdılması
•    Layihə və təşəbbüslərin ictimaiyyətə çatdırılması
•    Birgə regional əməkdaşlıq imkanlarının təşviqi
•    Təcrübə mübadiləsinin gücləndirilməsi
•    QHT-lər arasında əlaqələndirmə və şəbəkələşmənin artırılması

 

Bu bölmədə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər türk dövlətlərində fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumlarının xəbərləri, müsahibələri, analitik yazıları və layihə təqdimatları yer alacaq.
 

Açıq əməkdaşlıq çağırışı
Türk dünyasında fəaliyyət göstərən bütün QHT-lər, assosiasiyalar, fondlar və ictimai birliklər QHT.az platforması ilə əməkdaşlığa dəvət olunur. Təşkilatların fəaliyyəti, layihələri və uğurlu təcrübələri barədə materiallar redaksiya ünvanına təqdim edilə bilər.

 

QHT.az olaraq inanırıq ki, Türk dünyasında vətəndaş cəmiyyətinin güclənməsi ortaq dəyərlərimizin, mədəni bağlarımızın və ictimai həmrəyliyimizin daha da möhkəmlənməsinə töhfə verəcək