“İlim Yayma Vakfı”nın Mütevelli Heyətinin sədri Necmeddin Bilal Erdoğan Belçikanın paytaxtı Brüsseldə türk vətəndaş cəmiyyəti təşkilatlarının (QHT) nümayəndələri ilə görüşüb.
QHT.az xarici mətbuata istinadən xəbər verir ki, AK Partiya sədr müavini Zafer Sırakaya və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin (YTB) sədr müavini Abdulhadi Turus ilə birlikdə Belçikada səfərdə olan Bilal Erdoğan Brüsseldə vətəndaşlarla bir araya gəlib. O, Brüsseldəki Fatih məscidinin lokalında vətəndaşlarla söhbət edib və cümə namazında iştirak edib.
Bilal Erdoğan Belçikada vəfat etmiş bir türk vətəndaşının cənazə namazında da iştirak edib. Məscid çıxışında vətəndaşlar ona sevgi nümayiş etdiriblər. O, həmçinin Belçika Diyanet Vəqfini ziyarət edərək qurumun baş direktoru Coşkun Beyazgül ilə görüşüb.
YTB tərəfindən Belçika Diyanet Vəqfinin zalında təşkil olunan tədbirdə iştirak edən Bilal Erdoğan Belçikadakı türk QHT-lərinin nümayəndələri ilə toplantı keçirib.
Görüşlər zamanı Bilal Erdoğanı Türkiyənin Brüssel üzrə səfiri Barış Tantekin və Brüssel Baş konsulu Onur Sevim müşayiət ediblər.











