“QÜRUR” şəhid ailələri xeyriyyə ictimai birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Qələbəsi” sənədli film adlı layihəsinin icrasını uğurla davam etdirir.
Layihə rəhbəri Naibə Behbudova layihə çərçivəsində çəkiliş qrupu ilə birlikdə Bərdə rayonunda şəhidlərimiz Xudayar Yusufzadənin və Turqut Zeynalovun, Ağdam rayonunda Müşfiq Abbasovun, Tərtər rayonunda Sənan Məmmədlinin məzarlarını və ev muzeylərini ziyarət edərək, ailə üzvləri və yaxınları ilə görüşərək, onlardan müsahibələr götürmüşlər.
Hal-hazırda “Vətən Müharibəsi Qələbəsi” sənədli filmin icrası uğurla davam edir.












