“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətən müharibəsi zamanı şəhidi mayor Vidadi Əhmədovun, 2022-ci ilin sentyabr döyüşləri zamanı şəhid olan baş gizir Elnur Rüstəmovun və 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutan 23 saatlıq antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Vüsal Rüstəmov və əsgər Səbuhi Əliyevin ailələrini ziyarət edib.
QHT.az xəbər verir ki, ailələrin problemlərini dinləyən Sevinc Alızadə hər zaman onların yanında olduğunu bildirib.
Qeyd edək ki, ziyarət zamanı, Sevinc Alızadə, şəhidlərin xatirəsinə hörmət ifadə etmiş, onların vətən üçün göstərdikləri qəhrəmanlığı vurğulayaraq, onların əziz ailələrini dəstəkləməyə davam edəcəklərini vurğulayıb.
Pərvanə Fərhadqızı












