“Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri, Qarabağ müharibə veteranı Roza Əliqızının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Türkiyədə keçirdiyi görüşlər davam edir.
Birlikdən QHT.az-a verilən məlumata görə, oktyabrın 20-da İzmir Əliağa bələdiyəsinin salonunda "Qarabağ Dünəndən Bu Günə" adlı keçirilən tədbirdə qazilər, şəhid ailələri gənclər, AK Partiya, MHP ilçə başqanları, Təhsil müdürü, Bələdiyə işçiləri, mədəniyət işçiləri, jurnalustlər iştirak ediblər.
Tədbirdə hər iki ölkənin marşları səslənib, şəhidlərin ruhuna dualar oxunub. Çıxış edən Roza Əliqızı Qarabağ hadisələri başlayandan, bu günə kimi, Xocalı soyqırımı və Qarabağ zəfərindən danışaraq, qonaqları məlumatlandırıb.
Təşkilatın Türkiyə şöbəsinin üzvləri Mehmet Ay, Asiyə Avçu, Günəş Abaslı mövzu ətrafında çıxıç edərək ermənilərin Azərbaycan xalqına qarşı yaşatdıqları acılardan və sonda Azərbaycan Ordusunun gücü Türkiyənin dəstəyi, Ali Baş Komutan, Azərbaycan Pespiblikasının Prezidenti İlham Əliyevin əmri ilə qazanılan qələbədən danışıblar. Sonda Tədbir iştirakçılarına Ödül verilib. Tədbirlər davam edir.
Pərvanə Fərhadqızı












