"Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən qarşıdan gələn 7 fevral Prezident Seçkiləri ilə bağlı formalaşdırılmış Təbliğat Qrupunun üzvü kimi seçicilərlə məzmunlu görüşümüz oldu".
QHT.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov bildirib. Onun sözlərinə görə, tədbirdə Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Professor Samir Vəliyev, Milli Məclisin Deputatı Hikmət Məmmədov, El Ağsaqqalı Eyvaz Hümbətov və digər nümayəndələr iştirak ediblər.
Pərvanə Fərhadqızı












