Bildiyimiz kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi barədə qərar qəbul edilib. “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri. QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə nazirliyin elan etdiyi qaydaların qsuallar doğurduğunu bildirib.

 

“Biz məlumatı eşidəndə çox sevindik ki, növbəti mərkəzi icra hakimiyyəti yanında ictimai şuranın yaradılmasına start verilib. Lakin qaydalarla tanış olanda qanunvericilik maddələrinin pozulması qənəaitindəyik. Belə ki, nazirlik  İctimai Şuraya seçiləcək üzvlərin sayını elan etməyib. Bundan başqa namizədlərlə seçicilərin qeydiyyatı eyni anda aparır. Halbuki, namizədlərin qeydiyyatı başa çatmalı və siyahı elan edilməli və daha sonra seçiclərin qeydiyyatı aparılmalıdır.    Bundan başqa elanda qeyd olunur ki, İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu iki təmsilçisinin namizədliyini irəli sürməlidir ki, bu da təcrübədə qarşılaşılmayan bir haldır.  Eyni zamanda səsvermədə iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin surəti istənilməsi də başa düşülən deyil. 

Fikrimizcə yuxarıda sadaladığımız qaydaların tələbi seçkidə fəal QHT-lərin kənarlaşdırlması məqsədi daşıyır. Hesab edirəm nazirlik dərhal seçkilər ilə bağlı qaydaları dəyişməlidir.”