Tarix boyu tamaşa, əyləncə, bu gün isə konsert, futbol və dəbdəbəli toylar insanların diqqətini gündəlik problemlərdən yayındıran sosial mexanizmə çevrilib və cəmiyyətdə sual vermək vərdişini zəiflədir.

QHT.az xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Eyyub Hüseynov bildirib. O, həmçinin yerli ekspertlərə inamsızlıq, xaricdən gələn “mütəxəssislərin” şişirdilməsi və medianın maarifləndirmədə passivliyi nəticəsində bu prosesin biznes modelinə çevrildiyini vurğulayıb.