ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Şəkidə şəhid övladları üçün keçirilən Payız düşərgəsindən maraqlı və unudulmaz anları əks etdirən fotoşəkilləri sosial şəbəkə səhifəsində paylaşıb.
QHT.az xəbər verir ki, paylaşımlarda düşərgə iştirakçılarının əyləncəli və maarifləndirici fəaliyyətləri, uşaqlar üçün təşkil olunan müxtəlif tədbirlər, komanda oyunları, təbiət gəzintiləri və digər maraqlı anlar yer alıb. Düşərgənin əsas məqsədi şəhid övladlarının asudə vaxtını səmərəli keçirməsini təmin etmək, onlara mənəvi dəstək göstərmək və cəmiyyətin diqqətini bu məsələyə yönəltmək olub.
Birlik düşərgənin təşkilində dəstək göstərən hər kəsə təşəkkür edib və gələcəkdə belə layihələrin davamlı olacağını vurğulayıb.










