“QHT sektorunun bütün sahələrdə fəaliyyətləri danılmazdır. Təşkilat olaraq dövlətmizə, vətənimizə sədaqətli olmalıyıq”.

Bu sözləri Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, təşkilat dövlətimiz tərəfindən fəaliyyətləri qiymətləndirilib, dövlət qurumları yanında İctimai Şuralara üzvülükləri və koalisyalarda üzv olmaq təmin edilib. QHT sədri qadın və uşaq problemlərinin həlli, küçə uşaqlarının dövlət müəsissələrinə yerləşdirilməsi, maarifləndirmə və sosial durumun yaxşılaşdırılması istiqamətində yerli nümayəndəliklərlə geniş əməkdaşlıq aparıldığını da vurğulayıb: “Təşkilatımız sosial durumu aşağı olan, az təminatlı ailələrin uşaqlarına diqqət-qayğı göstərməklə yanaşı yardımçı olmaq, uşaqların uşaq evlərinə düşməsinin qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin həyata keçirilməsi, Əlilliyi olan şəxslərin və problemlərinin həlli istiqamətində işlərin aparılması, Məişət zoorakılığı və insan alveri qurbanlarına çevrilməsinin qarşısının alınması istiqamətində müxtəlif maarifləndirmə işləri aparılır”.
Qeyd edək ki, QHT olaraq böyük nailiyyətlər əldə edilib, bir çox yerlərdə dövlət müəsissələrinin dəstəyi ilə müəyyən problemlər öz həllini tapıb. Həmçinin regionlarda bir neçə ailənin barışdırılması, uşaqların təhsilə cəlb edilməsi işləri aparılıb. Hazırda Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyi tərəfindən regionlarda küçə uşaqlarının dilənçiliyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanları və məişət zorakılığından əziyyət çəkən qadın və uşaqlara psixoloji dəstəyin göstərilməsi və dövlət müəsissələrinə yerləşdirilməsi prosesləri aparılır.

 

Pərvanə Fərhadqızı