"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsində "Şəhid Övladlarının İncəsənət Akademiyası" layihəsi ilə qalib gəlib.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi, incəsənət və mədəniyyət sahəsində istedadlı şəhid övladlarının bilik və bacarıqlarını inkişaf etdirməkdir. "Zəfər" İctimai Birliyi, bu layihənin qiymətləndirilməsinə və təşkilatın cəmiyyət üçün faydalı fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkür edir.

Təşkilat, müsabiqədə qalib olan bütün qeyri-hökumət təşkilatlarına fəaliyyətlərində uğurlar arzulayır. "Şəhid Övladlarının İncəsənət Akademiyası" layihəsinin icrası ilə şəhid ailələrinin övladlarının incəsənət sahəsində yeni perspektivlər əldə etməsi gözlənilir.