"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin dəvətilə Azərbaycana səfər edən İrəvan xanının nəticəsi Amir Ali Sardari Iravani Qarabağa səfər edib.

Bu barədə QHT.az-a "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə məlumat verib.

 “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə olan Amir Ali bəy daim bu torpaqlara gəlməyi arzuladığın bildirib. İlk səfərini Füzuli rayonundan başlayan qonaq burada gördüklərindən, ərazinin dağıntılara məruz qaldığından təsirləndiyini etiraf edib. Eyni zamanda burada aparılan yenidənqurma işləri, yeni açılan aeroportla tanış olub. Daha sonra Şuşaya gələn İrəvan xanının nəticəsi Şuşa qalası, Cıdır düzü, Pənahəli xanın evi və digər tarixi abidələri ziyarət edib.”